Ana Sayfa > Karusel / Siyasət > Azərbaycanın artan diplomatik nüfuzu - dünya liderləri Bakıya zəng edirlər
Azərbaycanın artan diplomatik nüfuzu - dünya liderləri Bakıya zəng edirlər9-03-2022, 13:56. Yazar: Admin |
İlham Əliyev
“Rəsmi Bakının regional və qlobal münaqişələrin həlli istiqamətindəki rolu Azərbaycanı vacib tərəfdaşlardan birinə çevirir”. Qarabaginfo.az xəbər verir ki, bunu "Report"a açıqlamasında “Xalq cəbhəsi” qəzetinin Baş redaktoru, politoloq Elçin Mirzəbəyli deyib. Onun fikrincə, Qərbin Azərbaycana diqqətinin artmasının bir neçə səbəbi var. Bunlardan ən başlıcasının rəsmi Bakının üzərinə götürdüyü öhdəliklərə sadiq qalması olduğunu vurğulayan siyasi icmalçı söyləyib ki, həmçinin ölkəmiz Avropanın enerji təhlükəsiziyi sahəsində mühüm rol oynayır: “Eyni zamanda, rəsmi Bakının dünyada baş verən proseslərə humanist mövqedən yanaşması Azərbaycana münasibətin müsbət istiqamətdə dəyişməyində mühüm əhəmiyyətə malikdir. Prezident İlham Əliyevin çoxvektorlu siyasəti də bu məsələdə rol oynayan müstəsna məqamlardandır. Biz tərəfdaşlarımıza münasibətdə daim sadiq olmuşuq. Hazırda dövlətlər özlərinə etibarlı partnyorlar axtarırlar. Bu mənada Qərbin Azərbaycana diqqətinin artması heç də təsadüfi deyil”. E.Mirzəbəyli söyləyib ki, Azərbaycanın dünyada baş verənlərə ədalətli mövqedən yanaşması dünyadakı nüfuzumuzu daha da artırır: “Prezident İlham Əliyev Ukrayna ilə Rusiya arasında müharibə başlamazdan əvvəl hər iki ölkəyə səfər etdi. Biz hər fürsətdə tərəfsizliyimizi göstərdik. Türkiyə ilə yanaşı, Azərbaycan da gərginliyin azaldılması istiqamətində töhfəsini verməyə davam edirik. Bildiyiniz kimi, sabah Antalyada Rusiya xarici işlər naziri Sergey Lavrovla ukraynalı həmkarı Dmitri Kuleba arasında görüş olacaq. Əminəm ki, tərəflərin diplomatiya masası arxasına əyləşməsində Azərbaycanın da mühüm xidmətləri olub. Biz həmişə dövlətlərin ərazi bütövlüyünə hörmətlə yanaşmışıq. Bu amil son vaxtlar diqqətçəkən “məktub yarışı”nın əsas səbəblərindəndir”. Qeyd edək ki, son günlər Azərbaycan fəal diplomatik siyasət həyata keçirir. Bu il fevralın 26-da Azərbaycan Prezidenti İlham Əliyev ilə Rusiyanın dövlət başçısı Prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Elə həmin gün Azərbaycan və Türkiyə liderləri İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. Martın 1-də Fransa Prezidenti Emmanuel Makron Azərbaycan lideri İlham Əliyevə telefonla zəng edib. Martın 3-də Moldova Prezidenti Maya Sandu Azərbaycanın dövlət başçısı arasında telefon danışığı olub. Martın 7-də Fransa Emmanuel Makron Azərbaycan Prezidentinə məktub ünvanlayıb. Martın 8-də İtaliya Nazirlər Şurasının Sədri Mario Draqi Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Martın 9-da İlham Əliyev Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi xanım Baronessa Emma Nikolsonu qəbul edib. Geri dön |