Ana Sayfa > Karusel / Qarabağ > Müharibədən sonra Qarabağa neçə nəfər səfər edib?
Müharibədən sonra Qarabağa neçə nəfər səfər edib?9-03-2022, 13:54. Yazar: Admin |
İşğaldan azad edilmiş ərazilərə mart ayının 1-nə qədər 2072 sərnişin səfər edib. Qarabaginfo.az xəbər verir ki, bununla bağlı Yenisabah.az-ın sorğusuna cavab olaraq, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib. Bildirilib ki, yanvar ayının 24-dən, mart ayının 1-nə qədər azad olunmuş ərazilərə 50 səfər təşkil olunub. Bakı Beynəlxalq Avtovağzaldan yola düşən sərnişinlərin 606 nəfəri Şuşaya, 357 nəfəri isə Ağdama səfər ediblər. Rəsmi məlumatda həmçinin o da qeyd edilib ki, martın 1-dən etibarən səfərlərin sayı artırılıb. Novruz bayramı günlərində isə Bakı-Şuşa-Bakı istiqamətində avtobus reysləri hər gün həyata keçiriləcək. Geri dön |