Ana Sayfa > Karusel / Cəmiyyət > Bakıdakı məktəb və şagirdlərin sayı açıqlandı

Bakıdakı məktəb və şagirdlərin sayı açıqlandı


29-12-2019, 18:36. Yazar: Admin

 

 Bakıdakı məktəb və şagirdlərin sayı açıqlandı
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində 309 ümumi təhsil məktəbi, 3 xüsusi ümumi orta məktəb və 7 əyani-qiyabi axşam məktəbi olmaqla, cəmi 319 məktəb və 5 Uşaq-Gənclər İnkişaf Mərkəzi fəaliyyət göstərir.
Qarabaginfo xəbər verir ki, idarədən "Azvision.az"a verilən məlumata görə, BŞTİ-nin tabeliyindəki məktəblərdə 441 077 şagirdin təlim-tərbiyəsi ilə 27 192 müəllim məşğul olur.

BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin I siniflərində 45 637, IX siniflərində 30 945, XI siniflərində 19 521, XII siniflərində isə (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) 182 nəfər təhsil alır.

Geri dön