Ana Sayfa > Karusel / Gündəm > Ötən il Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində baxılan müraciətlərin sayı açıqlanıb
Ötən il Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində baxılan müraciətlərin sayı açıqlanıb9-03-2022, 13:14. Yazar: Admin |
Ötən il Azərbaycanın Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində baxılan müraciətlərin sayı açıqlanıb. Qarabaginfo.az xəbər verir ki, Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatında qeyd edilib ki, ötən il Baş İdarə tərəfindən vətəndaşların 10,2 min müraciətinə baxılıb. Bildirilib ki, Baş İdarənin "161-Qaynar xətt" alaqǝ mərkəzinə daxil olan 5 131 müraciətin 4 265-i (83%) nəzarətdə saxlanılmaqla aidiyyəti üzrə nazirlik, komitə və təşkilatlara göndərilib. Eyni zamanda 392 müraciət (8%) prokurorluğun müvafiq struktur qurumlarında, 474-ü (9%) Baş İdarədə araşdırılıb. Baş İdarədə araşdırılan müraciətlərdən 67-si (14%) üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. 2021-ci ildə "161-Qaynar xətt" əlaqə mərkəzina daxil olan müraciətlərin sahələr üzrə bölgüsü: 1. Daxili işlər orqanlarının fəaliyyəti - 1131 2. Səhiyyə - 701 3. Yerli icra hakimiyyəti orqanlarının fəaliyyəti - 521 4. Sosial müdafiə - 513 5. Özəl sahə - 237 6. Təhsil - 182 7. Ədliyyə orqanlarının fəaliyyəti - 175 8. "Azərişıq" ASC-nin fəaliyyəti - 96 9. "Azəriqaz" İB-nin fəaliyyəti - 77 10. Meliorasiya və su təsərüffatı - 72 Geri dön |