Ana Sayfa > Karusel / Siyasət > “Ukrayna 7-10 gün tab gətirməlidir, bunun ardınca...”
“Ukrayna 7-10 gün tab gətirməlidir, bunun ardınca...”9-03-2022, 12:36. Yazar: Admin |
“Ukrayna daha 7-10 gün tab gətirməlidir, bunun ardınca Vladimir Putini danışıqlar masasına oturmağa məcbur edəcəklər”. Qarabaginfo.az “Strana”ya istinadən xəbər verir ki, bunu Ukrayna Daxili İşlər Nazirliyinin rəhbərinin müşaviri Vadim Denisenko deyib. “Rusiya Putinin öz avantürası ilə nə qədər irəli getdiyini anlamaya bilməz. Və onlara məhsuldar danışıqlara məcbur edilməzdən əvvəl hər hansısa qələbə lazımdır (əsas zərbə Mariupol və Kiyevə nə isə etmək cəhdidir). Buna görə də, bizim etməli olduğumuz növbəti 7-10 gün tab gətirməkdir. Bunun ardınca, böyük ehtimalla Putini danışıqlar masası arxasına əyləşməyə vadar edəcəklər. Bu danışıqların nəticəsi nə olursa-olsun, Rusiyanı qlobal dünyanın neft və qaz bazarından çıxarmağa başlayacaqlar”, - deyə Denisenko qeyd edib. Onun sözlərinə görə, Çin müharibənin tezliklə başa çatmasında maraqlıdır. Belə ki, müharibə Çinin idxal etdiyi neft və digər xammalın qiymətinin artmasına səbəb olur ki, bu da Çin iqtisadiyyatına güclü zərbə vurur.(Qafqazinfo) Geri dön |