Ana Sayfa > Karusel / Siyasət > Zakir Sultanovun apellyasiya şikayəti üzrə məhkəmə başlayıb

Zakir Sultanovun apellyasiya şikayəti üzrə məhkəmə başlayıb


9-03-2022, 12:33. Yazar: Admin

Zakir Sultanov

 

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sabiq rəisi Zakir Sultanov barəsindəki hökmdən verilmiş apellyasiya şikayəti üzrə ilkin baxış iclası keçirilib.

Qarabaginfo.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Rəşad Abdulovun sərliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları və apellyasiya şikayətinin dəlilləri dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası martın 18-ə təyin olunub.

Qeyd edək ki, Zakir Sultanov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla həbs edilib.

Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham olunaraq Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il azadlıqdan məhrum edilib.(Apa)


Geri dön