Ana Sayfa > Karusel / Gündəm > Əlverişsiz hava şəraitinə görə İstanbulda 200-dən çox reys ləğv edilib

Əlverişsiz hava şəraitinə görə İstanbulda 200-dən çox reys ləğv edilib


9-03-2022, 11:57. Yazar: Admin

Yaponiyada güclü qara görə 124 aviareys təxirə salınıb

Əlverişsiz hava şəraiti səbəbindən “Turkish Airlines” aviaşirkəti İstanbulda martın 10-na planlaşdırılan 200-dən çox reysi ləğv edib.

Bu barədə Qarabaginfo.az şirkətin məlumatına istinadən xəbər verir.

Bildirilib ki, bunun 71-i beynəlxalq reysdir. Təkcə Sabiha Gökçen Beynəlxalq Hava Limanında 20 daxili reys ləğv olunub.

Türkiyə mətbuatının yazdığına görə, yaxın günlərdə İstanbulda hava şəraiti kəskin şəkildə pisləşəcək, qar yağacaq.


Geri dön