Ana Sayfa > Karusel / Dünya > Polşa XİN: Bütüm MiQ-29-larımızı dərhal verməyə hazırıq
Polşa XİN: Bütüm MiQ-29-larımızı dərhal verməyə hazırıq9-03-2022, 07:57. Yazar: Admin |
Polşa Ukraynanın xahişinə uyğun olaraq, ABŞ-ın sifarişi əsasında bütün MiQ-29-larını verməyə hazırdır. Qarabaginfo.az xəbər verir ki, bu bəyanatı Polşa XİN yayıb. “Polşa hakimiyyəti prezident və hökumətlə məsləhətləşdikdən sonra özünün bütün MiQ-29 qırıcılarını dərhal və pulsuz olaraq ABŞ-ın sifarişi əsasında Almaniyanın Ramştayn bazasına göndərməyə hazırdır”, - bəyanatda bildirilib. Eyni zamanda, Polşa ABŞ-ı əvəzedici kimi müvafiq əməliyyat imkanlarına malik ikinci əl təyyarələrlə (F-16-lar nəzərdə tutulur – red.) ölkəni təmin etməyə çağırıb: “Polşa həmin təyyarələrin alınması şərtlərini dərhal razılaşdırmağa hazırdır”. Polşa digər NATO ölkələrinin də öz MiQ-29-larını Ukraynaya bu şərtlərlə verməyə çağırıb.
Geri dön |