Ana Sayfa > Karusel / Region > Rusiya XİN Qərbin sanksiyalarını reallıqdan uzaq adlandırıb
Rusiya XİN Qərbin sanksiyalarını reallıqdan uzaq adlandırıb9-03-2022, 07:12. Yazar: Admin |
"Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı sanksiyaları prinsipcə qitənin vətəndaşlarına böyük ziyan vurur". Qarabaginfo.az "RİA Novosti" istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin İqtisadi Əməkdaşlıq Departamentinin direktoru Dmitri Biriçevski deyib. O, bildirib ki, Moskvaya qarşı məhdudiyyətlər tətbiq etmək qərarını məntiqlə əsaslandırmaq çətindir. "Aİ Rusiyaya qarşı sanksiyanı artırmaqda davam edir. Qərbin belə siyasəti reallıqdan tamamilə uzaqdır", - deyə Biriçevski bildirib. O xatırladıb ki, Moskva dəfələrlə Aİ-nin məhdudlaşdırıcı tədbirlərinin qeyri-legitim olduğunu, beynəlxalq hüququn əsaslarını pozduğunu qeyd edib. Biriçevski qeyd edib ki, bu Avropa İttifaqının maraqlarına ziddir. "Sanksiyalar ticarət və istehsal zəncirlərinin qırılmasına gətirib çıxarır və Aİ-yə üzv dövlətlərin vətəndaşlarına böyük ziyan vurur. Eyni zamanda, məhdudlaşdırıcı tədbirlər koronavirus pandemiyasının yaratdığı qlobal iqtisadi qeyri-sabitlik kontekstində xüsusilə əks effekt verir",- detə rusiyalı diplomat bildirib. Geri dön |