Ana Sayfa > Karusel / Region > ABŞ dövlət katibi Makronla Ukraynanı müzakirə edib
ABŞ dövlət katibi Makronla Ukraynanı müzakirə edib9-03-2022, 01:26. Yazar: Admin |
Parisdə səfərdə olan ABŞ dövlət katibi Entoni Blinken Fransa prezidenti Emmanuel Makronla görüşüb Qarabaginfo.az xəbər verir ki, tərəflər Ukraynaya dəstək və Rusiya Federasiyasının səbəbsiz müharibəsinə qarşı dövlətlərin koordinasiyasını müzakirə ediblər. “Bu gün Parisdə Fransa prezidenti ilə görüşmək çox xoş idi. Fransa bir çox ümumi qlobal çağırışlar üzrə daimi tərəfdaş olub və mən Ukraynanı dəstəkləmək, Moskvanın səbəbsiz və əsassız müharibəsinə qarşı çıxmaqda bizim davamlı sıx koordinasiyamızı səbirsizliklə gözləyirəm”, - Blinken tviter hesabında yazıb. Geri dön |