Ana Sayfa > Karusel / Region > Avropa Komissiyası (AK) ukraynanı Avropa İttifaqının enerji şəbəkəsinə qoşmaq niyyətindədir.
Avropa Komissiyası (AK) ukraynanı Avropa İttifaqının enerji şəbəkəsinə qoşmaq niyyətindədir.8-03-2022, 20:27. Yazar: Admin |
Avropa Komissiyası (AK) yaxın gələcəkdə Ukraynanı Avropa İttifaqının enerji şəbəkəsinə qoşmaq niyyətindədir. Qarabaginfo.az xəbər verir ki, bunu Brüsseldə keçirilən mətbuat konfransında Avropa Komissiyasının 2030-cu ilə qədər Rusiyanın enerji resurslarından imtina planını təqdim edən Avropa komissarı Kadri Simson deyib. “Avropa Komissiyası Ukraynanın mümkün qədər tez bir zamanda Aİ-nin enerji sisteminə qoşulması üçün hər şeyi edəcək ki, bu ölkədə işıq yanmağa davam etsin. Biz bu ölkəyə yanacaq və generatorlar verməklə kömək etməyə davam edirik”, - o əlavə edib. Avropa Komissiyasının təqdim etdiyi plan Avropa İttifaqının Rusiyadan 2030-cu ilə qədər neft və kömür, eləcə də bu ilin sonuna qədər Rusiya qazının idxalının üçdə ikisindən imtina etməyi nəzərdə tutur. Bu plana tədarüklərin şaxələndirilməsi, alternativ enerji mənbələrinə keçidin sürətləndirilməsi və Avropa İttifaqının enerji səmərəliliyinin artırılması daxildir. Geri dön |