Ana Sayfa > Karusel / Dünya > ABŞ Rusiyadan enerji resursları almağı dayandırır

ABŞ Rusiyadan enerji resursları almağı dayandırır


8-03-2022, 18:52. Yazar: Admin

ABŞ prezidenti Co Bayden

 

ABŞ prezidenti Co Bayden Ukraynadakı hadisələrlə əlaqədar bu gün Rusiyaya qarşı yeni sanksiyalar elan edəcək.

Qarabaginfo.az “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə Ağ Evdən məlumat yayılıb.

Məlumata görə, Prezident Rusiyanın Ukraynaya qarşı səbəbsiz və elan edilməmiş müharibəsinə görə cavabdehliyi davam etdirmək üçün tədbirləri açıqlayacaq.

Bununla bağlı Baydenin çıxışı gözlənilir.

Çıxış Vaşinqton vaxtı ilə saat 10:45-ə (Bakı vaxtı ilə 19:45) planlaşdırılır.

Bloomberg-in jurnalisti Annmarie Hordern isə mənbələrə istinadən xəbər verir ki, ABŞ bu gün Rusiyadan enerji idxalına məhdudiyyəti təsdiq etməyi planlaşdırır.

Qeyd edək ki, 2021-ci ildə Rusiyadan gələn neft ABŞ-ın neft idxalının təxminən 3%-ni təşkil edib, bu tədarüklər isə 2020-ci illə müqayisədə 2,7 dəfə artaraq 72,608 milyon barelə çatıb. Rusiyadan neft məhsullarının idxalı 1,5% artaraq 172,586 milyon barrelə çatıb. Onlar əsasən Havay adalarına və neft emalı zavodlarının Amerikanın böyük yataqlarını birləşdirən boru kəmərlərinə çıxışı olmayan sahillərə gətirilir. Eyni zamanda, ABŞ fevralın 19-dan 25-dək Rusiyadan neft idxalını sıfıra endirib.


Geri dön