Ana Sayfa > Karusel / Siyasət > Zakir Qaralov iki rayona gənc prokuror təyin etdi

Zakir Qaralov iki rayona gənc prokuror təyin etdi


25-12-2019, 16:37. Yazar: Admin

 

Zakir Qaralov iki rayona gənc prokuror təyin etdi

 

Baş Prokuror Zakir Qaralov iki rayona gənc prokuror təyin edib.

Qarabaginfo xəbərə verir ki, bu barədə Baş Prokurorluğun mətbuat katibi Eldar Sultanov sosial şəbəkədə məlumat yayıb.

Zakir Qaralovun imzaladığı əmrlə Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini Mehman Xankişiyevin Şəki rayon prokuroru təyin edilib.

Z.Qaralovun digər əmri ilə Baş Prokurorluğun Kadrlar idarəsinin prokuroru Ramil Əliyev isə Siyəzən rayon prokuroru vəzifəsinə təyin edilib.


Geri dön