Ana Sayfa > Karusel / Siyasət > Azərbaycan Prezidenti və İtaliya hökumətinin başçısı Ukraynadakı vəziyyəti müzakirə edib
Azərbaycan Prezidenti və İtaliya hökumətinin başçısı Ukraynadakı vəziyyəti müzakirə edib8-03-2022, 16:27. Yazar: Admin |
İlham Əliyev
İtaliya Respublikasının Nazirlər Şurasının Sədri Mario Draqi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Ukraynadakı vəziyyəti müzakirə edib. Qarabaginfo.az xəbər verir ki, bu barədə müzakirə M.Draqinin martın 8-də Prezident İlham Əliyevlə telefon danışığı zamanı baş tutub. Telefon söhbəti zamanı regional mövzular, o cümlədən Ukraynada cərəyan edən hadisələr ətrafında fikir mübadiləsi aparılıb. Qeyd edək ki, martın 8-də İtaliya Respublikasının Nazirlər Şurasının Sədri Mario Draqi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Geri dön |