Ana Sayfa > Karusel / İdman > “Liverpul” “İnter”ə qarşı - ÇL-də 1/8 final başlayır

“Liverpul” “İnter”ə qarşı - ÇL-də 1/8 final başlayır


8-03-2022, 13:15. Yazar: Admin

“Liverpul” “İnter”ə qarşı

Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunlarına start veriləcək.

Qarabaginfo.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.

“Liverpul” evdə “İnter”i qəbul edəcək. İlk matçda Mersisayd təmsilçisi 2:0 hesabı ilə qalib gəlib. 

Gecənin digər oyununda “Bavariya” Almaniyada “Zalsburq” ilə görüşəcək. Tərəflər arasındakı ilk görüşdə qalib müəyyənləşməyib - 1:1. 

UEFA Çempionlar Liqası, 1/8 final

Cavab oyunları

8 mart

00:00. “Liverpul” (İngiltərə) - “İnter” (İtaliya)

Baş hakim: Antonio Migel Mateu Laos (İspaniya)

İlk oyun - 2:0.

00:00. “Bavariya” (Almaniya) - “Zalsburq” (Avstriya)

Baş hakim: Klement Turpin (Fransa)


Geri dön