Ana Sayfa > Karusel / Gündəm > Avropa İttifaqı Belarusu Ukrayna münaqişəsində təcavüzkar adlandırıb
Avropa İttifaqı Belarusu Ukrayna münaqişəsində təcavüzkar adlandırıb8-03-2022, 12:10. Yazar: Admin |
Avropa İttifaqı (Aİ) bəyan edib ki, Belarus Ukraynadakı münaqişə vəziyyətində təcavüzkardır. Qarabaginfo.az-ın “RİA Novosti”yə istinadən məlumatına görə, bu barədə Aİ-nin bu gün verdiyi bəyanatda bildirilib. Bəyanatda deyilib ki, Ukraynada baş verənlər “beynəlxalq hüququn və BMT Nizamnaməsinin kobud şəkildə pozulmasıdır və Avropa və qlobal təhlükəsizlik və sabitliyə xələl gətirir”: "BMT Baş Assambleyasının ötən həftə qəbul etdiyi qətnamə beynəlxalq ictimaiyyətin Rusiyanın aqressiv müharibəsinə qarşı həmrəy olduğunu göstərdi. Rusiya Belarusdakı Lukaşenko rejiminin həmtəcavüzkar kimi iştirakı ilə birlikdə insan tələfatına, xəsarət almaya və dağıntılara görə tam məsuliyyət daşıyır” Qeyd edək ki, Belarus hakimiyyəti dəfələrlə bəyan edib ki, Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarında bir dənə də olsun belarus əsgəri, bir dənə də olsun hərbi texnika iştirak etmir. Geri dön |