Ana Sayfa > Karusel / Region > Ukraynada Rusiya ordusunun generalı öldürülüb

Ukraynada Rusiya ordusunun generalı öldürülüb


8-03-2022, 07:54. Yazar: Admin

Ukraynada Rusiya ordusunun generalı öldürülüb - VİDEO

Ukraynanın Xarkov şəhəri ətrafında gedən döyüşlərə Rusiya ordusunun general-mayoru Vitali Gerasimov öldürülüb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə UNİAN Ukraynanın Baş Kəşfiyyat İdarəsinə istinadla məlumat yayıb.

Qeyd olunur ki, öldürülən general Rusiyanın 41-ci hərbi dairəsinin qərargah rəisi olub. Gerasimov Çeçenistan və Suriya müharibələrində iştirak edib.


Geri dön