Ana Sayfa > Karusel / Gündəm > Qərb liderləri videokonfrans formatında görüşüblər

Qərb liderləri videokonfrans formatında görüşüblər


8-03-2022, 00:24. Yazar: Admin

Boris Conson Britaniya ilə Aİ arasında ticarət sazişini müsbət qiymətləndirib - AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Böyük Britaniyanın Baş naziri Boris Conson Fransa, Almaniya və ABŞ liderləri ilə Ukraynadakı vəziyyətlə bağlı danışıb.

Qarabaginfo.az-ın xəbərinə görə, bu barədə Britaniya hökumətinin məlumatında bildirilib.

Liderlər Ukrayna ilə həmrəy olduqlarını bildiriblər. Onlar Ukrayndakı hərbi və siyasi vəziyyəti müzakirə ediblər. Qeyd olunub ki, ölkənin gələcəyi ilə bağlı istənilən danışıqda ilk növbədə ukraynalıların ehtiyac və istəkləri nəzərə alınmalıdır.

Baş nazir və digər liderlər Rusiyanın diplomatik və iqtisadi cəhətdən təcrid etmək üçün təzyiqlərə davam etmək barədə razılığa gəliblər.

Liderlər qarşıdakı günlərdə bu formatda görüşü davam etdirmək barədə razılığa gəliblər.


Geri dön