Ana Sayfa > Karusel / Gündəm > Pentaqon rəsmisi: Rusiya Ukrayna ilə sərhədə cəmlədiyi hərbi gücün 100%-ə yaxınını işlədib

Pentaqon rəsmisi: Rusiya Ukrayna ilə sərhədə cəmlədiyi hərbi gücün 100%-ə yaxınını işlədib


7-03-2022, 22:16. Yazar: Admin

Pentaqon rəsmisi: Rusiya Ukrayna ilə sərhədə cəmlədiyi hərbi gücün 100%-ə yaxınını işlədib

Rusiya müharibədən əvvəl Belarus ərazisi də daxil olmaqla Ukrayna ilə sərhədə cəmlədiyi hərbi gücün 100%-ə yaxınını işlədib.

Qarabaginfo.az-ın xəbərinə görə, bu barədə ABŞ Müdafiə Nazirliyinin adı açıqlanmayan rəsmisi CNN-ə bildirib. O, qeyd edib ki, Rusiya bu vaxtadək Ukraynaya 625 raket zərbəsi endirib.

Pentaqon rəsmisi qeyd edib ki, Ukrayna səmasında mübarizənin hələ də davam etməsi Kiyevin döyüş təyyarələrini istifadə edə bilməsi və yer-hava tipli silahlarının ölkənin hava məkanını qorumağa qadir olması kimi qiymətləndirilir.


Geri dön