Ana Sayfa > Karusel / Gündəm > Kanada daha 10 Rusiya vətəndaşına sanksiya tətbiq edib

Kanada daha 10 Rusiya vətəndaşına sanksiya tətbiq edib


7-03-2022, 20:32. Yazar: Admin

Castin Trüdo

Kanada hökuməti Ukraynadakı münaqişəyə görə daha 10 Rusiya vətəndaşına sanksiya tətbiq edib.

Qarabaginfo.az-ın xəbərinə görə, bu barədə Kanadanın Baş naziri Castin Trüdo bildirib.

Kanada hökumətinin saytında yer alan siyahıda Rusiya prezidentinin sözçüsü Dmitri Peskov, RT-nin rəhbəri Marqarita Simonyan, aparıcı Vladimir Solovyov, Birinci kanalın baş direktoru Konstantin Ernst, biznesmen Oleq Deripaska və daha 5 nəfərin adı yer alır.


Geri dön