Ana Sayfa > Karusel / Gündəm > Britaniya Ukraynaya əlavə 175 mln. funt sterlinq maliyyə yardımı edəcək
Britaniya Ukraynaya əlavə 175 mln. funt sterlinq maliyyə yardımı edəcək7-03-2022, 19:46. Yazar: Admin |
Baş nazir Boris Conson Britaniyanın Ukraynaya əlavə maliyyə yardımı edəcəyini açıqlayıb. Qarabaginfo.az-ın xəbərinə görə, Baş nazir bildirib ki, əlavə maliyyə yardımının həcmi 175 milyon funt sterlinqdir. Onun sözlərinə görə, bunun 100 milyon dolları (təxminən 76 milyon funt sterlinq) birbaşa Ukrayna hökumətinə ayrılacaq: “Bu qrant kritik dövlət funksiyalarının fəaliyyətini davam etdirmək, dövlət sektorunun maaşlarını, habelə pensiyaları dəstəkləmək üçün istifadə edilə bilər”. Boris Conson qeyd edib ki, Britaniya indiyədək Ukraynaya ümumilikdə 400 milyon funt-sterlinq yardım edib. Geri dön |