Ana Sayfa > Karusel / Siyasət > “Zelenski Kiyevi tərk etməyəcək” - Podolyak

“Zelenski Kiyevi tərk etməyəcək” - Podolyak


7-03-2022, 18:36. Yazar: Admin

“Zelenski Kiyevi tərk etməyəcək” - Podolyak

“Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevi tərk etməyə hazırlaşmır”.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak danışıb.

“Zelenski Kiyevi tərk etməyəcək. O qorxmur. O hesab edir ki, ölkənin daxilində, qəlbində olmalıdır”, - deyə M.Podolyak bildirib.

O, həmçinin Volodimir Zelenskiyə qarşı hazırlanmış sui-qəsdlər barədə də danışıb. Bildirib ki, prezident əks-kəşfiyyatı mütəmadi olaraq vəziyyətə nəzarət edir.

M.Podolyakın sözlərinə görə, V.Zelenskiyə qarşı sui-qəsdlərin sayı iddia olunduğu kimi iki yox, daha çox olub.


Geri dön