Rusiya hərbçiləri Qostomel şəhərinin meri Yuri Prilipkonu güllələyiblər. O, tərəfdarları ilə birlikdə insanlara çörək və dərman paylayırdı.
Bu barədə Qarabaginfo.az “Unian”a istinadən xəbər verir.
O, iki tərəfdarı: Ruslan Karpenko və İvan Zareylə birgə güllələnib. Onların insanlar üçün humanitar yardım gətirdiyi bildirilir.
Vəziyyəti nəzərə alaraq, Qostomel sakinlərini dəfn mərasiminə dəvət etmirlər.