Ana Sayfa > Karusel / Gündəm > Türk Hava Yolları Rusiya və Moldovaya uçuşlarını ləğv etdi
Türk Hava Yolları Rusiya və Moldovaya uçuşlarını ləğv etdi6-03-2022, 19:40. Yazar: Admin |
Fevralın 24-dən etibarən Ukraynaya uçuşları ləğv edən Türk Hava Yolları (THY) bu müddəti martın 21-nə qədər uzadıb. Qarabaginfo.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Bildirilib ki, 24 fevral - 21 mart 2022-ci il tarixləri arasında Ukraynaya hər iki istiqamətdə bütün reyslər ləğv edilib. Rəsmi məlumata görə, bu müddət üçün bilet alan sərnişinlər onu dəyişdirə və ya geri qaytara bilərlər. Həmçinin, aviaşirkət tərəfindən Kişinyova (Moldova) martın 21-dək, Rostova (Rusiya) isə martın 20-dək uçuşların ləğv edildiyi açıqlanıb. Geri dön |