Ana Sayfa > Karusel / İdman > Premyer Liqa matçında qalmaqal: "Sabah"ın məşqçisi texniki zonadan qovulub
Premyer Liqa matçında qalmaqal: "Sabah"ın məşqçisi texniki zonadan qovulub6-03-2022, 19:03. Yazar: Admin |
"Keşlə" və "Sabah" komandaları arasında Azərbaycan Premyer Liqasının XVIII tur matçında insident baş verib. Qarabaginfo.az-ın məlumatına görə, 62-ci dəqiqədə qonaq komandanın qapıçısı Səlahət Ağayev komanda yoldaşı Boyan Letiçin ayaqla ötürməsini əlinə götürüb. Bu səbəbdən oyunun baş hakimi Vüqar Həsənli cərimə zərbəsi təyin edib. Qərardan narazı qalan "Sabah"ın məşqçilər heyəti referiyə sərt etiraz edib. Qapıçılar üzrə məşqçi Vitali Kovalyov hakimlər briqadasına "Korsunuz" dediyi üçün ikinci sarı vərəqəni alaraq texniki zonadan qovulub. Baş məşqçi Murad Musayev isə "sarı" ilə cəzalandırılıb. Qeyd edək ki, hazırda qarşılaşmada ikinci hissə oynanılır və hesab açılmayıb. Geri dön |