Ana Sayfa > Karusel / Gündəm > "Keşlə" - "Sabah" matçının 2-ci hissəsi qonaq komandanın qapıçısına görə gec başlayıb
"Keşlə" - "Sabah" matçının 2-ci hissəsi qonaq komandanın qapıçısına görə gec başlayıb6-03-2022, 18:33. Yazar: Admin |
"Keşlə" və "Sabah" komandaları arasında Azərbaycan Premyer Liqasının XVIII tur oyununun ikinci hissəsi gec başlayıb. Qarabaginfo.az-ın məlumatına görə, buna qonaq komandanın qapıçısı Səlahət Ağayevin formasındakı qüsur səbəb olub. Görüşün baş hakimi Vüqar Həsənli fasilədən sonra meydana çıxmağa hazırlaşan 31 yaşlı qolkiperi paltardəyişmə otağına göndərib. Bu üzdən oyun təqribən 10 dəqiqə gec başlayıb. İkinci yarının əvvəlində isə meydan sahiblərinin hücumçusu Natan Oduva zədələnərək meydanı tərk edib. Onu Amil Yunanov əvəzləyib. Qeyd edək ki, hazırda qarşılaşmada ikinci hissə oynanılır və hesab açılmayıb. Geri dön |