Ana Sayfa > Karusel / Gündəm > 52 ölkədən 20 min könüllü Rusiya əleyhinə döyüşəcək
52 ölkədən 20 min könüllü Rusiya əleyhinə döyüşəcək6-03-2022, 17:58. Yazar: Admin |
52 ölkədən olan təcrübəli veteranlar və könüllülər Rusiyanın Ukraynadakı təcavüzünə qarşı mübarizə aparmaq istəklərini ifadə ediblər. Qarabaginfo.az xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Kiyevdə keçirdiyi brifinqdə bildirib. Kuleba deyub ki, Ukrayna uğrunda döyüşmək istəyən əcnəbilərin görünməmiş səfərbərliyi var. XİN rəhbəri bildirib ki, bütün dünya ölkəmizi təkcə sözdə deyil, həm də əməldə dəstəkləməyə hazırdır və dəstək həm sadə vətəndaşlardan, həm də hökumətlərdən gəlir. "Dünyanın azad insanlarının səfərbərliyi sadəcə heyrətamizdir. Dünyanın 52 ölkəsindən təcrübəli veteranlar və könüllülər bizə gəlir. Bu, onların istəyidir. Biz onları işə götürməmişik, heç bir şəkildə stimullaşdırmırıq. Bu, onların yaxşılığın tərəfində döyüşmək istəkləridir", - deyə Kuleba vurğulayıb. Xarici İşlər Nazirliyinin rəhbəri bildirib ki, o, həmin xarici ölkələrin adını açıqlaya bilmir, lakin onların ümumi sayı 20 min nəfərə yaxınlaşır. Geri dön |