Ana Sayfa > Karusel / Gündəm > THY Ukraynaya uçuşların ləğvini martın 21-dək uzadıb
THY Ukraynaya uçuşların ləğvini martın 21-dək uzadıb6-03-2022, 17:55. Yazar: Admin |
Türkiyə Hava Yolları (THY) Ukraynaya uçuşların ləğvini martın 21-dək uzadıb. Qarabaginfo.az xəbər verir ki, bu barədə THY-nin rəsmi internet saytında verilən açıqlamada deyilir. Qeyd edildiyi kimi, Ukrayna hava məkanının bağlanmasından sonra THY fevralın 24-də bu ölkəyə uçuşları ləğv edib. Aviaşirkət, həmçinin Kişinyova (Moldova) martın 21-dək, Rostova (Rusiya) isə martın 20-dək uçuşları ləğv etdiyini açıqlayıb. Geri dön |