Ana Sayfa > Karusel / Siyasət > Zelenski: "Vinnitsa hava limanı tamamilə dağıdılıb"

Zelenski: "Vinnitsa hava limanı tamamilə dağıdılıb"


6-03-2022, 17:11. Yazar: Admin

Vladimir Zelenski

Ukraynanın Vinnitsa vilayətinin mərkəzi Vinnitsa şəhəri yaxınlığındakı hava limanı raket hücumundan sonra tamamilə dağıdılıb.

Qarabaginfo.az-ın “unian.net”-ə istinadən verdiyi xəbərə görə, bunu Ukrayna prezidenti Vladimir Zelenski bildirib.

V. Zelenski deyib ki, Vinnitsaya 8 raket zərbəsi endirilib, aeroport tamamilə dağıdılıb: “Bizim sülhpərvər Vinnitsa heç vaxt Rusiyaya təhlükə yaratmayıb. Onlar bizim infrastrukturu dağıtmağa davam edirlər”.


Geri dön