Ana Sayfa > Karusel / Region > Boris Conson Ukrayna ilə bağlı fəaliyyət planı hazırlayıb

Boris Conson Ukrayna ilə bağlı fəaliyyət planı hazırlayıb


6-03-2022, 09:37. Yazar: Admin

 

Boris Conson Ukrayna ilə bağlı fəaliyyət planı hazırlayıb

Böyük Britaniyanın Baş naziri Boris Conson Ukrayna ilə bağlı fəaliyyət planını təqdim edib və beynəlxalq ictimaiyyəti ona qoşulmağa çağırıb.

Qarabaginfo.az TASS-a istinadən xəbər verir ki, bu barədə Britaniya hökumətinin başçısının ofisi məlumat yayıb.

Siyasətçinin təklif etdiyi plan altı bənddən ibarətdir və Ukraynaya dəstək üçün beynəlxalq humanitar koalisiyanın səfərbər edilməsini, Ukrayna ərazisinin müdafiəsində Kiyevə yardımın göstərilməsini, Rusiya Federasiyasına mümkün olan maksimum təzyiqi, “sürünən” normallaşma prosesinin qarşısını almağı, Rusiyanın Ukraynadakı hərəkətləri, gərginliyin azaldılması üçün diplomatik yolların axtarışı, yalnız qanuni Ukrayna hökumətinin tam iştirakı əsasında, eləcə də bütün Avro-Atlantik məkanda təhlükəsizliyin gücləndirilməsi üçün təcili kampaniyanı nəzərdə tutur.

Conson hesab edir ki, Qərb ölkələri və bütövlükdə beynəlxalq ictimaiyyət bu təklifləri dəstəkləməlidir.


Geri dön