Ana Sayfa > Karusel / Region > Bayden gözlənilmədən rusiyalılara müraciət edib

Bayden gözlənilmədən rusiyalılara müraciət edib


6-03-2022, 09:04. Yazar: Admin

 

Bayden gözlənilmədən rusiyalılara müraciət edib
Cozef Bayden

ABŞ Prezidenti Cozef Bayden Rusiyanın Ukraynaya hərbi müdaxiləsi fonunda gözlənilmədən Rusiya vətəndaşlarına müraciət edib.

Qarabaginfo.az xəbər verir ki, Ağ Ev rəhbəri müraciətini özünün tviter səhifəsində yerləşdirib.

“İnanmıram ki, siz Ukraynaya - belə dərin qohumluq, tarixi və mədəni bağlarınız olan ölkə və xalqa qarşı qarşı belə qanlı, dağıdıcı müharibə istəyirsiniz”, - Amerika lideri sosial şəbəkə hesabında yazıb.

Qeyd edək ki, fevralın 24-də Rusiya Ukraynaya qarşı müharibəyə başlayıb. Hərbi əməliyyatların gedişində hər iki tərəfdən xeyli sayda hərbçi həlak olub və ya yaralanıb. Müharibə xüsusən Ukraynaya fəlakətlər bəxş edib. Bu ölkənin xeyli sayda dinc sakini həlak olub və yaralanıb, habelə şəhərlərin infrastrukturuna ciddi ziyan dəyib.


Geri dön