İsrail Baş naziri Naftali Bennet Moskvada keçirilən 3 saatlıq danışıqlardan sonra Berlinə yola düşüb.
Qarabaginfo.az xəbər verir ki, Bennet Almaniya kansleri Olaf Şoltsla görüşəcək. İsrail mətbuatı Baş nazirə yaxın mənbələrə istinadən bildirir ki, Bennettin səfəri ilə bağlı, ABŞ-la yanaşı, Fransa və Almaniya da məlumatlı olub və Ukrayna tərəfi ilə davamlı təmas olub.