Ana Sayfa > Karusel / Dünya > Ukrayna-Rusiya danışıqlarının üçüncü raundunun vaxtı məlum olub

Ukrayna-Rusiya danışıqlarının üçüncü raundunun vaxtı məlum olub


5-03-2022, 21:40. Yazar: Admin

 Ukrayna-Rusiya danışıqlarının üçüncü raundunun vaxtı məlum olub

Ukrayna və Rusiya arasında danışıqların üçüncü raundu martın 7-fə keçiriləcək.

Qarabaginfo.az xəbər verir ki, bunu Ukrayna nümayəndə heyətinin üzvü, “Xalqın xidmətçisi” parlament fraksiyasının sədri David Araxamia bildirib.

Araxamiya “Facebook” hesabında qeyd edib ki, görüş bazar gününə nəzərdə tutulub.

Rusiya XİN-in şöbə müdiri Aleksey Polişuk da növbəti raundun keçiriləcəyi xəbərini təsdiq edib.

Qeyd edək ki, danışıqların ilk raundu fevralın 28-i, ikinci raundu isə martın 3-də keçirilib.


Geri dön