Ana Sayfa > Karusel / Dünya > CNN və Almaniya televiziyaları Rusiyada fəaliyyətini dayandırır

CNN və Almaniya televiziyaları Rusiyada fəaliyyətini dayandırır


5-03-2022, 21:11. Yazar: Admin

 

CNN və Almaniya televiziyaları Rusiyada fəaliyyətini dayandırır
lmaniya ARD və ZDF kanalları Rusiyada fəaliyyətini müvəqqəti olaraq dayandırır.

Qarabaginfo.az “Figaro”ya istinadla xəbərinə görə, hər 2 media qurumunun Moskvadakı studiyaları yayımı dayandırıb. Bununla belə, media qurumlarının Rusiyada məlumat toplamağa davam edib-etməyəcəyi də məlum deyil. ARD kanalı Moskvada 1956-cı ildən fəaliyyət göstərirdi.

Oxşar addımı ABŞ-ın CNN və İtaliyanın RAİ televiziyaları da atıb.

“Bloomberg” agentliyi isə Rusiyada informasiya toplanması prosesini dayandırıb.


Geri dön