Ana Sayfa > Karusel / Cəmiyyət > Şəhla Hümbətova ilə bağlı Korrupsiyaya qarşı Mübarizə İdarəsinə şikayət

Şəhla Hümbətova ilə bağlı Korrupsiyaya qarşı Mübarizə İdarəsinə şikayət


17-12-2019, 10:09. Yazar: Admin

 

Şəhla Hümbətova ilə bağlı Korrupsiyaya qarşı Mübarizə İdarəsinə şikayət

 

Vəkillər Kollegiyası (VK) vəkil Şəhla Hümbətova barəsində araşdırma aparılması üçün Baş Prokurorluğa müraciət edib.

Qarabaginfo “Qafqazinfo.az”a istinadən xəbər verir ki, bu barədə VK üzvü Ş.Hümbətova özü məlumat verib. O bildirib ki, Kollegiyanın Rəyasət Heyəti Baş Prokurorluğun Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə şikayət edib və onun haqqında araşdırma aparılmasını istəyib:

“Təqdimat mənim Kollegiyadan çıxarılmağıma səbəb olmuş əsaslardan biri – guya məhkəməyə saxta qəbz verməyim iddiası ilə bağlıdır. Belə iddianın heç bir hüquqi əsası yoxdur. Hər hansı cinayət ittihamı və ya vəkillikdən uzaqlaşdırma ilə nəticələnə biləcək fəaliyyətim və hərəkətimdən söhbət gedə bilməz”.

Vəkil əlavə edib ki, onu dekabrın 17-si saat 15-də Baş İdarəyə gedib izahat verməyə çağırıblar.

 

 


Geri dön