Ana Sayfa > Karusel / İqtisadiyyat > Rusiya nefti ilə bağlı qadağa enerji bazarlarını sarsıda bilər

Rusiya nefti ilə bağlı qadağa enerji bazarlarını sarsıda bilər


5-03-2022, 17:29. Yazar: Admin

Dmitri Peskov

 

Rusiya neftinin alınmasına qoyula biləcək qadağa ciddi nəticələnməyə bilməz, bu, dünya enerji bazarlarını sarsıda bilər.

Qarabaginfo.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

"Diqqətlə izlədiyimiz mövzudur. Təbii ki, bu, dünya enerji bazarlarını demək olar, alt-üst edə biləcək bir vəziyyətdir, bunun kifayət qədər ciddi nəticələri olmaya bilməz. Biz situasiyanın inkişafını diqqətlə izləyirik", - o deyib.

Cümə günü Ağ Evdə İqtisadi Məsləhətçilər Şurasının sədri Sesiliya Rouz bildirib ki, ABŞ Rusiya neftinin istifadəsini məhdudlaşdırmağı düşünür, lakin qlobal enerji bazarına zərər verəcək addımlar atılmayacaq.


Geri dön