Ana Sayfa > Karusel / Region > Ukrayna Rusiya qarşısındakı maliyyə öhdəliklərini dondurub

Ukrayna Rusiya qarşısındakı maliyyə öhdəliklərini dondurub


5-03-2022, 16:18. Yazar: Admin

Rubl ABŞ və Avropa valyutalarına qarşı möhkəmlənib | marja.az

Ukrayna hökuməti Rusiya və bu ölkə ilə bağlı bütün şəxslər qarşısında bütün maliyyə öhdəliklərinə dair moratorium tətbiq edib.

Qarabaginfo.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən icbari qaydada tətbiq olunan bu addım milli mənafeyinin qorunması ilə əlaqəlidir.

Belə ki, Rusiya ilə bağlı olan daşınmaz əmlak, istiqrazlar, korporativ hüquqlar, nəqliyyat vasitələri kimi vəsaitlərin çıxarılmasına səbəb ola biləcək müsadirə, girov və s. əməliyyatlar dayandırılır. Bu moratoriumu pozan bütün sövdələşmələr etibarsız elan olunur.


Geri dön