Ana Sayfa > Karusel / Siyasət > İndiyədək 9500 vətəndaşımız təxliyə olunub - RƏSMİ

İndiyədək 9500 vətəndaşımız təxliyə olunub - RƏSMİ


5-03-2022, 15:15. Yazar: Admin

İndiyədək 9500 Azərbaycan vətəndaşı Ukraynadan qonşu ölkələrə təxliyə olunub.


Qarabaginfo.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı  Mövlud Çavuşoğlu ilə birlikdə keçirdiyi mətbuat konfransında deyib.

 

"Qonşu ölkələrlə qısa müddətdə razılaşmalar əldə olunub. Ən çox Moldovaya, Polşaya, Slovakiya keçiblər. 1100 vətəndaşımız Azərbaycana gətirilib. Eyni zamanda bu gün Polşaya çarter reysi nəzərdə tutulub. İlkin olaraq qadınlar, uşaqlar, tələbələr təxliyə olunub. Bu məsələlər ölkə başçısının nəzarətindədir. Əfsuslar olsun ki, orada hələk olanlar da var. Onların yaxınlarına baş sağlığı veririk".


Geri dön