Ana Sayfa > Karusel / Sosial > 3 gündən sonra hava dəyişəcək, temperatur enəcək

3 gündən sonra hava dəyişəcək, temperatur enəcək


5-03-2022, 15:07. Yazar: Admin

3 gündən sonra hava dəyişəcək, temperatur enəcək

“Yaxın üç gündə havanın temperaturunun  iqlim normasından yüksək olacağını gözləsək də, martın 9-u axşamdan başlayaraq hava şəraitinin dəyişəcəyini, temperaturun xeyli aşağı düşəcəyini proqnozlaşdırırıq”.

Bu barədə Qarabaginfo.az-a  Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.

Onun sözlərinə görə, temperatur hətta Abşeronda belə fevral ayı ilə müqayisədə aşağı olacaq, 4-9 dərəcə isti təşkil edəcək. 

U.Tağıyevanın sözlərinə görə, ikinci ongünlüyün birinci yarısında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir.


Geri dön