Ana Sayfa > Karusel / Siyasət > Azərbaycanın XİN başçısı Rusiya və Ukraynanı dialoqa çağırdı

Azərbaycanın XİN başçısı Rusiya və Ukraynanı dialoqa çağırdı


5-03-2022, 14:58. Yazar: Admin

Ukraynadakı durum ciddi narahatlıq yaradır. İtkilərin sayı durmadan artır. Azərbaycan və Türkiyə burada çox məsuliyyətli mövqe sərgiləyir.

Qarabaginfo.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə keçirdiyi birgə mətbuat konfransında deyib.

“Məsələnin dialoq və sülh yolu ilə həlli istiqamətindəki çağırışlar da buna nümunədir. Tərəflər arasındakı danışıqların davam etdirilməsi vacibdir”, - nazir vurğulayıb.

 


Geri dön