Ana Sayfa > Karusel / Dünya > Rusiyanın daha bir helikopteri vuruldu

Rusiyanın daha bir helikopteri vuruldu


5-03-2022, 14:39. Yazar: Admin

Ukrayna hərbçiləri Rusiya ordusunun daha bir helikopterini vurub.

 

Qarabaqinfo.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Aparatının Strateji Kommunikasiyalar İdarəsi məlumat yayıb.

 

Sosial şəbəkələrin Ukrayna seqmentində helikopterin vurulma anının görüntüləri yayılıb.

 

Xatırladaq ki, Ukrayna Müdafiə Nazirliyinin Mətbuat xidmətinin yaydığı məlumata görə, ötən sutka ərzində Ukrayna səmasında Rusiya qoşunlarına məxsus daha üç təyyarə və üç helikopter vurulub.


Geri dön