Ana Sayfa > Karusel / Dünya > Ərdoğanla Putin Ukraynanı müzakirə edəcək 

Ərdoğanla Putin Ukraynanı müzakirə edəcək 


5-03-2022, 14:18. Yazar: Admin

Sabah Türkiyə və Rusiya prezidentləri arasında telefon danışığı olacaq.

 

Qarabaqinfo.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın məlumat verib.

 

Kalının sözlərinə görə, Ukrayna ilə Rusiya arasında müharibə dərhal dayandırılmalıdır:

 

"Tərəflər diplomatiya yoluna qayıtmalıdır. Biz bu istiqamətdə çox ciddi səylər göstəririk. Sabah prezidentlər - Rəcəb Tayyib Ərdoğanla Vladimir Putin telefonla danışacaq. Prezidentimiz Türkiyədə görüş barədə təkliflərini xatırladacaq. Atəşkəsə şans vermək, humanitar dəhlizlər yaratmaq lazımdır".

 

Ərdoğanın sözçüsü deyib ki, Rusiya-Ukrayna müharibəsi uzansa, həm Rusiya, həm Ukrayna, həm də bütövlükdə region üçün ciddi təhdid yaranacaq.


Geri dön