Ana Sayfa > Karusel / Dünya > Lujkovun ölüm səbəbi dəqiqləşdi
Lujkovun ölüm səbəbi dəqiqləşdi12-12-2019, 09:46. Yazar: Admin |
Qarabaginfo xəbər verir ki, Moskvanın eks-meri Yuri Lujkovun ölümünə səbəb infarkt olub. Bunu siyasətçinin müalicə olunduğu Münhenin “Qrosshadern” klinikasının baş həkimi Karl-Valter Yaux açıqlayıb. Yauxun sözlərinə görə, Lujkovun ürək xəstəliyi olub və onu təcili şəkildə xəstəxanaya çatdırıblar, müayinə ediblər. Müayinə onun bütün vacib damarlarının bağlı olduğunu göstərib. Həkimin sözlərinə görə, onları kateter vaitəsilə açıblar və bundan sonra Lujkovun vəziyyəti yaxşılaşıb, amma tezliklə onda ürəyin koronar damarlarından qanaxma müşahidə olunub. Bir qədər sonra ürək dayanıb. “O, infarkt keçirmişdi və özünü pis hiss edirdi”, - tibb işçisi əlavə edib. Daha əvvəl “Baza” teleqram-kanalı Y. Lujkovun əməliyyatdan bir gün sonra vəfat etdiyini bildirmişdi. Onun ürək əməliyyatından sonra anesteziyadan ayılmadığı qeyd olunmuşdu. Xatırladaq ki, Yuri Lujkov 83 yaşında Münhendəki xəstəxanada dünyasını dəyişib. O, 1992-2010-cu illərdə Moskva şəhərinin meri olub. Geri dön |