Ana Sayfa > Karusel / Siyasət / Dünya > Eks-baş nazir siyasətə qayıtmaq istəyir - Zelenski yıxılandan sonra

Eks-baş nazir siyasətə qayıtmaq istəyir - Zelenski yıxılandan sonra


5-03-2022, 13:19. Yazar: Admin

Ukraynanın keçmiş baş naziri Nikolay Azarov Kiyevdə hakimiyyət dəyişikliyi olacağı təqdirdə yenidən siyasətə qayıdacağını istisna etməyib.

Qarabaqinfo.az xəbər verir ki, Nikolay Azarov RİA Novosti agentliyinə müsahibəsində ölkənin siyasi həyatında iştirak şərtlərindən danışıb.

Keçmiş baş nazir deyib ki, Ukraynada çoxlu sayda yaxşı mütəxəssislər, o cümlədən onunla işləməyi bacaranlar var.

Azarov vurğulayıb ki, əgər dövlətə onun təcrübə və biliyi, xüsusən də ölkənin milli iqtisadiyyatının bərpası məsələsində ehtiyac olarsa, kənarda oturmayacaq.

Bundan əvvəl Nikolay Azarov Ukrayna dövlət aparatını nasistlərdən təmizləməyə çağırıb.


Geri dön