Ana Sayfa > Karusel / Dünya > Ukrayna Rusiyanın itkilərini açıqladı: 10 min hərbçi...

Ukrayna Rusiyanın itkilərini açıqladı: 10 min hərbçi...


5-03-2022, 12:58. Yazar: Admin

Müharibə başlayandan bəri Rusiya Ordusunun insan itkisi 10 mindən çoxdur.

Qarabaqinfo.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının yaydığı yeni məlumatda bildirilib.

Həmçinin qeyd edilib ki, işğalçı ordunun itkiləri arasında 269 tank, 945 zirehli döyüş maşını, 105 artilleriya sistemi, 50 MLRS, 19 hava hücumundan müdafiə sistemi, 39 təyyarə, 40 helikopter də var.

409 avtomobil, 2 yüngül sürət kateri, yanacaq-sürtkü materialları olan 60 çən, 3 əməliyyat-taktiki PUA da məhv edilib.

Baş Qərargah bildirib ki, işğalçıların birlik və bölmələri ruhdan düşüb, onun ordusunun əsgər və zabitləri Ukrayna torpaqlarında silah və texnika qoyaraq təslim olmaqda, qaçmaqda davam edirlər.

“Aktiv döyüş əməliyyatları təkcə silahlı birləşmələrimiz tərəfindən aparılmır, sadə silahsız insanlar tərəfindən də düşmənə ziyan vurulur ki, bu da işğalçıya psixoloji məğlubiyyət verir",-deyə rəsmi açıqlamada vurğulanır.

Ukraynanın müdafiə naziri Aleksiy Reznikov isə bildirib ki, düşmən qoşunlarının hərbi resursları tükənir, bunun ardınca onun loqistik çöküşü olacaq


Geri dön