Ana Sayfa > Karusel / İdman > İBA Rusiya və Belarusu beynəlxalq yarışlardan kənarlaşdırıb
İBA Rusiya və Belarusu beynəlxalq yarışlardan kənarlaşdırıb5-03-2022, 10:08. Yazar: Admin |
Beynəlxalq Boks Assosiasiyasının (İBA) Direktorlar Şurasının iclası keçirilib. Yığıncaqda Ukraynadakı vəziyyət və Beynəlxalq Olimpiya Komitəsinin tövsiyələri müzakirə olunub. Qərara alınıb ki, Rusiya və Belarus təmsilçiləri bütün beynəlxalq yarışlardan kənarlaşdırılsın. Bu, təkcə idmançılara deyil, hakim və rəsmi şəxslərə də şamil olunub. Vaxt azlığı və hüququ baxımdan istisna ola biləcək hallarda onlar neytral statusla yarışlara qatılacaq. Bu, hər iki ölkənin bayraqsız və himni səsləndirilmədən iştirakı deməkdir. Bu iki ölkədə keçirilməli olan bütün turnirlər də ləğv edilib. Qərarlar verildiyi andan qüvvəyə minib. Geri dön |