Ana Sayfa > Karusel / Dünya > AEBA-nın baş direktoru İrana səfər edib

AEBA-nın baş direktoru İrana səfər edib


5-03-2022, 07:50. Yazar: Admin

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi

 

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossinin Tehrana səfəri başlayıb.

Qarabaginfo.az xəbər verir ki, R.Qrossini hava limanında İran Atom Enerji Təşkilatının sözçüsü Behruz Kəmalvəndi qarşılayıb.

Səfər çərçivəsində İran və MAQATE arasında mövcud olan fikir ayrılıqlarının həlli üçün müştərək yol xəritəsinin hazırlanması gözlənilir.


Geri dön