Ana Sayfa > Karusel / Dünya > Conson və Makron Zaporojye AES-dəki vəziyyəti müzakirə edib

Conson və Makron Zaporojye AES-dəki vəziyyəti müzakirə edib


5-03-2022, 07:40. Yazar: Admin

Boris Conson və Emmanuel Makron

 

Bu gün Böyük Britaniyanın Baş naziri Boris Consonla Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.

Qarabaginfo.az xəbər verir ki, liderlər Ukraynadakı vəziyyəti müzakirə ediblər.

Baş nazir bu müharibənin uzun müddətdir qitədə görülən ən pis müharibə olduğunu söyləyib.

Hər iki lider Zaporojye AES-ə ziyan vuran ehtiyatsız hərəkətləri qınayıblar.

Hər iki ölkənn liderləri Ukrayna xalqına yardım etmək üçün əllərindən gələni etməyə hazır olduğunu deyib. Xüsusilə də humanitar, iqtisadi və hərbi dəstəyin davam etməsinin vacibliyinə toxunulub.

Hər iki lider Putinin hərəkətləri qarşısında Böyük Britaniya və Fransanın əməkdaşlığının davam edəcəyini bildiriblər.(Apa)


Geri dön