Ana Sayfa > Karusel / Dünya > G7 xarici işlər nazirləri Rusiyanı qoşunlarını Ukraynadan dərhal çıxarmağa çağırıb
G7 xarici işlər nazirləri Rusiyanı qoşunlarını Ukraynadan dərhal çıxarmağa çağırıb5-03-2022, 01:05. Yazar: Admin |
G7 ölkələrinin (Almaniya, Böyük Britaniya, ABŞ, Kanada, Fransa, İtaliya və Yaponiya) xarici işlər nazirləri Rusiya Federasiyasını qoşunlarını Ukraynadan dərhal çıxarmağa çağırıb. Qarabaginfo.az xəbər verir ki, bu barədə yeddilik ölkələrinin Avropa Xarici Fəaliyyət Xidmətinin saytında yerləşdirilən bəyanatında deyilir. "Rusiya Ukraynada dinc əhaliyə təsir edən və mülki infrastrukturu dağıdan uzunmüddətli hücumunu dərhal dayandırmalı və hərbi qüvvələrini geri çəkməlidir. Prezident Putin Rusiyanı dünyadan təcrid edib. Böyük səs çoxluğu ilə BMT Baş Assambleyası Rusiyanın təcavüzünü pisləyib və onu qoşunlarını dərhal geri çəkməyə çağırıb”, - deyə bəyanatda deyilir. G7 Ukraynaya humanitar dəstəyi artırmağa sadiq olduğunu bəyan edib. “Biz Rusiyanı xüsusilə Ukraynanın Atom Elektrik Stansiyalarının yaxınlığındakı hücumlarını dayandırmağa çağırırıq”, - deyə bəyanatda deyilir. Geri dön |