Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Lvovda soydaşlarımız üçün səyyar qida məntəqələri yaradılıb
Ana Sayfa > Karusel / Gündəm > Lvovda soydaşlarımız üçün səyyar qida məntəqələri yaradılıb

Lvovda soydaşlarımız üçün səyyar qida məntəqələri yaradılıb


4-03-2022, 19:04. Yazar: Admin

Ukraynanın döyüş gedən şəhərlərindən Lvov şəhərinə gələn soydaşlarımız üçün səyyar qida məntəqələri yaradılıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən Qarabaginfo.az-a verilən məlumata görə, Lvov Azərbaycanlıları Konqresinin sədri Teymur Məmmədov bildirib ki, bu məntəqələrdə azərbaycanlıların zəruri qida ehtiyacları ödənilir. Daha sonra isə soydaşlarımız avtobuslarla Ukrayna-Polşa sərhədinə yola salınır

Azərbaycan hökumətinin tapşırığı ilə Diasporla İş üzrə Dövlət Komitəsi soydaşlarımızın Ukraynadan təxliyə edilməsi üçün müvafiq dövlət orqanları ilə koordinasiyalı şəkildə fəaliyyət göstərir.


Geri dön